Xəzərdə 4 yaşlı uşaq xilas edildi
Bizi izləyin

Hadisə

Xəzərdə 4 yaşlı uşaq xilas edildi

Xəzərin Qaradağ rayonu sahilində 4 yaşlı uşaq batma təhlükəsindən xilas edilib.

Publika.az xəbər verir ki, hadisə dənizin Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.

2013-cü il təvəllüdlü İslamzadə Ayan Ramin qızı valideyn nəzarəti olmadan dənizdə batma təhlükəsi ilə üzləşib. O, atası İslamzadə Ramin tərəfindən sudan çıxarılıb.

Vəziyyəti pisləşən uşaq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Fakt araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm