Dəhşətli YANĞIN BAŞLADI: FHN helikopter və təyyarələr GÖNDƏRDİ - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Dəhşətli YANĞIN BAŞLADI: FHN helikopter və təyyarələr GÖNDƏRDİ - YENİLƏNDİ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yardımlı rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumatda bildirilib ki, iyulun 5-də gecə saat 3 radələrində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin əhatə etdiyi Yardımlı rayonunun Bərican kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın hadisəsi baş verib.
Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-nin Regional Meşə Təsərrüfatı Mərkəzlərinin və FHN-nin Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib.Yanğın 1 hektar ərazini əhatə edir. Ərazidəki quru ot örtüyü və xırda kollar yanıb.
Hazırda yanğının söndürülməsi üçün operativ tədbirlər görülür, yanğın lokallaşdırılır.
ETSN əhalini meşədə istirahət edərkən məsuliyyətli, odla ehtiyatlı olmağa, xüsusilə havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsizliyi normalarına riayət etməyə çağırır. Əks halda baş vermiş yanğın qarşısı alınmaz nəticələrə səbəb olar, meşə örtüyünə ciddi ziyan dəyər.

***

Yardımlıda baş verən meşə yanğının söndürülməsinə helikopter və təyyarə cəlb edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Yardımlı rayonunun Şıxlı kəndində meşə zolağında yanğın baş vermişdir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası və Aviasiya dəstəsinin "Mi-17" yanğınsöndürmə helikopteri və “BE 200 ÇS” amfibiya təyyarəsi söndürmə işlərinə cəlb olunub. Əlavə məlumat veriləcək.

***

Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə meşə zolağında yanğın başlayıb.

Bu barədə Publika.az-a FHN-dən məlumat verilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası, Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları və yerli əhali hadisə yerindədir. Yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm