Mingəçevir İES-də yenidən yanğın oldu - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Mingəçevir İES-də yenidən yanğın oldu - FOTO (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi “Azərbaycan İES”də bu gün səhər saatlarında baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən Publika.az-a verilən məlumatda bildirilir ki, iyulun 5-I saat 08:25-də Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində “Azərbaycan İES” MMC-nin ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri saat 08:28-də hadisə yerinə çatıb. Yanğın zamanı cərəyan transformatorlarından birinin açarı, sarğıları və ətrafa dağılmış 400 m² sahədə transformator yağı yanıb. Digər transformatorlar yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bu gün səhər saat 09 radələrində Mingəçevir İstilik Elektrik Stasiyasının (İES) ehtiyat transformatordan birində yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin texnikası və yanğınsöndürənləri cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb. (apa)

***

Mingəçevirdə yerləşən Azərbaycan İES-də bu gün səhər saatlarında lokal miqyaslı yanğın hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri yanğını qısa zamanda söndürüblər.

Hazırda İES normal rejimdə fəaliyyətini davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm