Hadisə
Ehsan Zahidov: “Yunis Səfərov zərərsizləşdirilərkən xəsarət alıb”
"Gəncədə ağır cinayət törədən Yunis Səfərov tutulduqdan sonra heç bir işgəncəyə məruz qalmayıb".
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib:
“O ki, qaldı onun sosial şəbəkələrdə yayılmış fotosuna, bəli, Yunis Səfərov cinayəti törətdikdən sonra həmin ərazidə xidmətdə olan polis əməkdaşları onun tutulması üçün dərhal hərəkətə keçib. Bu zaman silahlı cinayətkar polisə müqavimət göstərib. Belə olan halda polis güc tətbiq edib, onu vuraraq yerə yıxıb. Fotoda əks olunan xəsarətlər də həmin zaman onun aldığı xəsarətlərdir. Bir daha qeyd edirəm ki, Yunis Səfərov zərərsizləşdirilərək saxlanıldıqdan sonra ona heç bir işgəncə verilməyib”.
Qeyd edək ki, sosial şəbəkələrdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisinə silahlı hücum edən Yunus Səfərovun polis əməkdaşları tərəfindən tutulduqdan sonra işgəncəyə məruz qalmasını özündə əks etdirən fotosu yayılıb. Fotonu yayanlar iddia edir ki, Y. Səfərov tutulduqdan sonra işgəncələrə məruz qalıb. (apa)
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR
-
Dünya10:15
Bayden İsrailə bu İsrail şəhərinə hücumu qadağan etdi: Rusiya ələ saldı