Bakıda və Sumqayıtda YANĞIN
Bizi izləyin

Hadisə

Bakıda və Sumqayıtda YANĞIN

Bakı və Sumqayıt şəhərlərində yaşayış evlərində yanğın baş verib.

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata əsasən, paytaxtın Binəqədi rayonunda ümumi sahəsi 200 m² olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin yanar konstruksiyaları və əşyalar 20 m² sahədə yanıb.

Yüksək temperaturdan 1-ci və 2-ci mərtəbələrin hamam otağının lambirdən ibarət tavanı 12 m² sahədə, 2-ci mərtəbədə 2 ədəd məişət texnikasının üzlük hissəsi əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Sumqayıt şəhərində isə ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağında 1 ədəd elektrik avadanlığı və ev əşyaları 5 m² sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm