Azərbaycanda ana iki qızı ilə birgə itkin düşdü
Bizi izləyin

Hadisə

Azərbaycanda ana iki qızı ilə birgə itkin düşdü

Goranboy rayonunda qadın iki övladı ilə birgə itkin düşüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə 4 gün öncə Goranboyun Səfikürd kəndində baş verib.

Günorta saatlarında 26 yaşlı Məmmədova Bəsti Kazım qızları - 6 yaşlı Ləman və 4 yaşlı Dəniz Məmmədzadələri də götürərək yaşadığı evdən gedib. Qadının yaxınları və qohumları da onlardan xəbərsiz olduqlarını deyiblər.

Bəsti Məmmədova və azyaşlı qızlarının itkinin düşməsi barədə Goranboy rayon Polis şöbəsinə məlumat verilib.

B.Məmmədova və övladlarını görənlərdən 070-915-94-35, 050-390-84-80, 070-633-59-25 nömrələri ilə əlaqə saxlamaları xahiş olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm