Sərnişin qatarında baş verən faciənin ŞOK təfərrüatları bəlli oldu - – VİDEO/FOTO (YENİLƏNİB)
Bizi izləyin

Hadisə

Sərnişin qatarında baş verən faciənin ŞOK təfərrüatları bəlli oldu - – VİDEO/FOTO (YENİLƏNİB)

Türkiyənin Tekirdağ vilayətinin Çorlu mahalında meydana gələn sərnişin qatarı qəzasının təfərrüatları məlum olub.

Publika.az xəbər verir ki, qatarın maşinistlərinin verdiyi ifadəyə görə, lokomotiv yol ayrıcına daxil olarkən relsdə boşluq hiss edilib və buna görə qatar anidən dayandırılıb. Əyləcin anidən basılması da qatarın vaqonlarını sarsıdıb. Boşluğu yaradan səbəb isə su yığıntısı olub.

Lokomotiv və onun arxasındakı 5 vaqon maneə olan bölgəni keçib. Geridə qalan vaqonlar isə qatarın verdiyi sarsıntının təsiri ilə relsdən çıxıb.

Qeyd edək ki, qəza nəticəsində 24 nəfər ölüb, 338 nəfər yaralanıb.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tekirdağ vilayətinin Çorlu mahalında baş verən sərnişin qatarı qəzası ilə bağlı açıqlama verib.

Publika.az xəbər verir ki, prezident qəzanın hərtərəfli araşdırıldığını bildirib.

Ərdoğan açıqlamasında bu ifadələrə yer verib: “Tekirdağın Çorlu mahalında bu axşam meydana gələn qatar qəzası hamımızı dərindən sarsıdıb. Qəzadan dərhal sonra dövlətimiz bütün qurumlarını və bütün imkanlarını səfərbər edib. Sərnişin qatarındakə bəzi vaqonların relsdən çıxması nəticəsində meydana gələn qəza hərtərəfli araşdırılır. Hadisədə dünyasını dəyişən vətəndaşlarımıza Allahdan rəhmət, ailələrinə başsağlığı, yaralılara isə şəfa diləyirəm”.

***

Türkiyədə sərnişin qatarının qəzası nəticəsində ölənlərin sayı 24-ə çatıb. Bu haqda baş nazirin müavini Rəcəb Akdağ bildirib.

Səhiyyə naziri Əhməd Dəmircan isə jurnalistlərə açıqlamasında qəzadan sonra 338 nəfərin xəstəxanalara aparıldığını bildirib. Onlardan 194-ü ilkin tibbi yardımdan sonra evə buraxılıb. Nazir 124 nəfərin isə hələ xəstəxanalarda müalicə aldığını deyib.

Qatarda 362 sərnişin olub.

***

Səhiyyə Nazirliyi qəza nəticəsində 10 nəfərin həyatını itirdiyini, 73-nün yaralandığını açıqlayıb. Tekirdağ valisi Mehmet Ceylan isə əlverişsiz hava şərtlərinin qəzanın səbəbi olduğunu söyləyib. Onun sözləırinə görə, Çorlu yaşayış məntəqəsi yaxınlığında leysan yağışlarının yağması nəticəsində relslərin altındakı torpaq yuyulmuşdu.

***

Türkiyədə Kapıkule-İstanbul səfərini edən sərnişin qatarı Tekirdağ vilayətinin Çorlu mahalı yaxınlığında relsdən çıxıb.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 5 vaqon aşıb.

Hadisə nəticəsində çoxlu sayda yaralanan və ölənlərin olduğu bildirilir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm