Gəncədə qeyri-qanuni aksiya dağıdıldı
Bizi izləyin

Hadisə

Gəncədə qeyri-qanuni aksiya dağıdıldı

Bu gün Gəncə şəhərində təxmini sayı 200 nəfərə yaxın olan pozucu dəstə sabitliyi pozmaq, iğtişaş törətmək məqsədilə qeyri-qanuni aksiya keçirməyə cəhd göstərib.

Publika.az xəbər verir ki, polis əməkdaşları qətiyyətli tədbirlər həyata keçirərək aksiyanın qarşısını alıb.

30-a yaxın iğtişaş iştirakçısı saxlanılıb. İki polis əməkdaşının xəsarət aldığı bildirilir.

Hüquq-mühafizə orqanları vəziyyətə tam nəzarət edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm