“Ginnesin Rekordlar Kitabı”na düşəcək oğruluq: 30 saniyə ərzində… - – VİDEO/FOTO
Bizi izləyin

Hadisə

“Ginnesin Rekordlar Kitabı”na düşəcək oğruluq: 30 saniyə ərzində… - – VİDEO/FOTO

ABŞ-ın Kaliforniya ştatının Fresno şəhərində naməlum şəxslər “Apple” mağazasını soyublar.

Publika.az xəbər verir ki, bu haqda yerli KİV bildirib.

Hadisə şəhərin ticarət mərkəzlərindən birində baş verib və təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Dörd oğlana mağazadan 27 min dollarlıq məhsulu çıxartmaq üçün təxminən 30 saniyə lazım olub. Şirkətin 26 məhsulu oğurlanıb.

Mağazanın əməkdaşları cavan insanlara mane olmağa çalışsalar da, buna nail olmayıblar.

Hazırda hüquq-mühafizə orqanları dörd soyğunçunu və onların mümkün cinayət yoldaşlarını axtarırlar. Söhbət təxminən 16-18 yaşlarında olan afroamerikalılardan gedir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm