Bakıda liftin trosu qırıldı, 6 nəfər şaxtaya düşdü - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda liftin trosu qırıldı, 6 nəfər şaxtaya düşdü - VİDEO - (YENİLƏNDİ)

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib. Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi 18 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasında liftin trosu qırılıb.

Binanın 7-ci mərtəbəsində trosu qırılan lift birbaşa şaxtaya düşüb. Nəticədə həmin vaxt liftin içərisində olan 6 nəfərdən üçü - 1998-ci il təvəllüdlü Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16-17 yaşlarında adı hələlik məlum olmayan yeniyetmə oğlan ciddi xəsarətlər alıb. Onlar dərhal 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı hər üçündə döş qəfəsinin sındığı müəyyən edilib. Digər zədələnən şəxslərə isə hadisə yerində yardım göstərilib.

Bina sakinlərinin sözlərinə görə, həmin lift nasaz vəziyyətdə olub və əvvəllər də oxşar hadisə yaşanıb.

Hadisənin təfərrüatları araşdırılır. Qəza ilə bağlı hüquq mühafizə orqanlarına və digər aidiyyəti qurumlara da məlumat verilib. (apa.tv)

***

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

Hadisə Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılaraq şaxtaya düşüb.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm