Gəncə hadisələrinə görə daha 7 HƏBS
Bizi izləyin

Hadisə

Gəncə hadisələrinə görə daha 7 HƏBS

İyulun 10-da Gəncə şəhərində baş verən cinayətlərlə bağlı daha 7 nəfər həbs edilib. Onların arasında axtarışda olan İbrahimov Samir Ramiz oğlu da var.

Publika.az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat daxil olub.

Bununla da Gəncə hadisələrinə görə həbs edilənlərin sayı 22 nəfərə çatıb.

Qeyd edək ki, daha 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.

Eyni zamanda, məlumata görə, 3 iyul tarixində Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfərin barəsində axtarış elan edilib.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm