Xaçmazda ikimərtəbəli ev yandı
Bizi izləyin

Hadisə

Xaçmazda ikimərtəbəli ev yandı

İyulun 15-də Xaçmaz şəhərində yaşayış evində yanğın baş verib.

Publika.az xəbər verir ki, yanğın şəhərin Əli Bayramov küçəsində Kərim Ağaverdiyevə məxsus ikimərtəbəli evdə qeydə alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alovun daha geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm