İki gündə 177 cinayət: 61 nəfər saxlanıldı
Bizi izləyin

Hadisə

İki gündə 177 cinayət: 61 nəfər saxlanıldı

İyulun 14-dən 16-dək respublikanın daxili işlər orqanları tərəfindən ərzində 177 cinayət faktı qeydə alınıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, onların 27-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 22 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm