20 yaşlı qızdan 17 yaşlı qardaşına qarşı DƏHŞƏTLİ ƏMƏL - Gədəbəydə tükləri BİZ-BİZ EDƏN HADİSƏ - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

20 yaşlı qızdan 17 yaşlı qardaşına qarşı DƏHŞƏTLİ ƏMƏL - Gədəbəydə tükləri BİZ-BİZ EDƏN HADİSƏ - (YENİLƏNDİ)

Gədəbəyin Slavyanka kəndində 20 yaşlı Sevinc Alıyevanın qardaşı 17 yaşlı Samir Alıyevi boğazından bıçaqlayaraq öldürməsinin təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə bacı ilə qardaşın zarafatlaşması nəticəsində baş verib.

“Ailə rayonun Şəkərbəyli kəndində qeydiyyatdadır. Ancaq Slavyankada yaşayırlar. Qohumlarından heç kim bu kənddə yaşamır. Ailənin başçısı Rusiyada işləyir. Uşaqlar anaları ilə birlikdə qalır. İki qardaş, iki bacıdırlar. Bacılarının biri ailə qurub. Bu vaxta qədər ailədən heç bir problem eşitməmişik. Onları hamı tərbiyəli uşaq kimi tanıyır. Ölən oğlan bu il ali məktəbə imtahan vermişdi, nəticəsi də uğurlu olmuşdu. Onu vuran bacısı isə nişanlı idi”, - deyə sakinlər bildirir.

Sakinlər deyir ki, hadisənin baş vermə səbəbi haqqında müxtəlif versiyalar səsləndirirlər:

“Kimi deyir münaqişə ediblər, kimi də təsadüfən baş verdiyini deyir. Deyilənə görə, Samir özü bıçağı boğazına tutub, bacısına da deyib ki “vura bilərsən?”, qız da vurub və hadisə baş verib, artıq polis tərəfindən saxlanılıb".

***

Gədəbəydə 17 yaşlı oğlan bıçaqlanaraq ölüb.

Publika.az “Report"a istinadən xəbər verir ki, hadisə rayonun Slavyanka kəndində baş verib.

Kənd sakini, 2001-ci il təvəllüdlü Aliyev Samir Sübhan oğlu boğazından bıçaqlabaraq ölüb. Yaxınları bədbəxt hadisə zamanı öldüyünü bildirir. Belə ki, öz bacısı 1998-ci il təvəllüdlü Alıyeva Sevinc Sübhan qızı ilə zarafatlaşan zaman bacısının əlində olan bıçaq onun boğazına girərək şah damarı kəsib.

Hadisə ilə bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm