Özbəkistandan Azərbaycana qanunsuz yük keçirilməsinin qarşısı alındı
Bizi izləyin

Hadisə

Özbəkistandan Azərbaycana qanunsuz yük keçirilməsinin qarşısı alındı

Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Özbəkistan Respublikasından Bakı şəhərinə gələn yükə baxış keçirilib.

Publika.az xəbər verir ki, avtomaşınla daxil olan və müvafiq gömrük bəyannaməsilə bəyan edilən yükə baxış zamanı, bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan olunmayan 20 ədəd “Shivaki Air Conditioner 18000 BTU/H” markalı kondisionerin hissələri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm