Arvadını baltalayan ərə AĞIR CƏZA
Bizi izləyin

Hadisə

Arvadını baltalayan ərə AĞIR CƏZA

Sumqayıtda arvadını öldürməkdə təqsirləndirilən Famil Abduləzimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Famil Abdulzəimov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Sumqayıt şəhəri, Tağıyev qəsəbəsində, Dəmiryol yaşayış massivində yaşayan 30 yaşlı Famil Abduləzimov özündən 3 yaş böyük olan həyat yoldaşı Xalidə Günəşovanı balta ilə qətlə yetirib.

Qeyd edək ki, Famil Abduləzimov arvadını öldürdükdən sonra intihara cəhd edib, bıçaqla boğazına və bədəninə xəsarətlər yetirib.

Ailə üzvləri onu xəstəxanaya vaxtında çatdırdığından həyatını xilas etmək mümkün olub.

Famil Abduləzimovun ilk evliliyi 2009-cu ildə olub və 2012-ci ildə boşanıb. O, boşanandan sonra aliment ödəməkdən boyun qaçırıb və buna görə həbs edilib.

Məhkəmədə ifadə verən Famil Abduləzimov qeyd edib ki, daha əvvəl də evlilik həyatı yaşayıb. Onun sözlərinə görə, bir neçə aylıq məhkum olunub.

Onun həbs edilməsinə səbəb isə birinci ailəsinə aliment ödəməməsi olub.

Famil Abduləzimovun birinci ailəsindən 2 azyaşlı övladı var: “Həbsdən çıxandan sonra ikinci həyat yoldaşım mərhum Xalidə Günəşova ilə münasibətlərim yaxşı idi. Şabran Rayon Məhkəməsinin qərarı ilə mən birinci həyat yoldaşıma aliment ödəməli idim, lakin bundan qaçırdım. Xalidə Günəşova ilə 4 il yarım evli olmuşam. Hadisədən əvvəl onu Sumqayıt şəhərində yerləşən Tağıyev qəsəbəsindəki evimə gətirdim. Bir gecə orada qaldıq”.

Famil Abduləzimov qeyd edib ki, mərhum Xalidə Günəşova ona birinci həyat yoldaşına aliment ödəyə bilməməsinə görə söz atıb: “Xalidə mənə dedi ki, səni alimentə görə tutacaqlar, gedib öz həyatımı yaşayacağam. Bu söz də məni tutdu. Bundan sonra baltanı evin qabağından götürüb onu başından vurdum. Uşaq isə hasarın o biri tərəfində oynayırdı. Evə girəndə anam gördü”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt şokda olub, özünə də xəsarət yetirib: “Qolumdan, qarnımdan bıçaq zərbəsi vurdum. Uzun müddət isə xəstəxanada yatdım”.

İstintaq orqanı tərəfindən Famil Abduləzimovun barəsində Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm