Hadisə
Könül Kərimovaya 32 min “pul atdılar”
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə təqsirləndirilən
şəxsin anket məlumatları dəqiqləşdirilib. Anket məlumatları
dəqiqləşdirilən zaman məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq
həyatı yaşayıb. O bildirb ki, 2012-ci ildə dələduzluqda ittiham
olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza
alıb. Məhkəmənin baxış iclası iyulun 20-nə təyin edilib.
Qeyd edək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir
neçə şəxsin etibarından sui-istifadə edərək, ümumilikdə 300 min
manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib. Cinayət işi üzər
Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimova da var.
İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu
Rusiya universitetlərindən birinə qəbul etdirib, daha sonra
Azərbaycan Dövlət İqtisad Universitetinə köçürdürəcəyi vədi verib.
O, bu işə görə, K.Kərimovadan ümumilikdə 32 min manat pul alıb.
Lakin sonradan verdiyi vədə əməl etməyib.
M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli
miqdarda) maddəsi ilə ittiham edilir. (Report)
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək
-
Dünya12:50
Yəhudilər Netanyahunu devirməlidir, yoxsa... - Sensasion açıqlama
-
İdman12:20
Onun ilk çılpaq fotosessiyanın pulunu Maradona ödəyib - FOTOLAR
-
İqtisadi gündəm12:05
Bayram günlərində bu şəxslərə əlavə pul veriləcək