“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 10 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF - - FOTO
Bizi izləyin

Hadisə

“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 10 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF - - FOTO

Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatından zərərçəkənlərin polisə danışdıqları dəhşətli həqiqətləri bir-bir ortaya çıxarır.

Publika.az “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, 10 yaşında ikən Adnan Oktarın təcavüzünə uğrayan, bu gün 15 yaşında olan Serra M. İsveçrədən gələrək Oktarın villasında yaşadıqlarını polisə danışıb.

Serra M. hələ 9 yaşında olarkən Oktarla görüşdürülüb.

“Mən 8-9 yaşlarımda olanda valideynlərimiz Adnan Oktarla ünsiyyət qurmuşdular. 10 yaşımda olanda gecə saat 3-də anama zəng edirdilər. Anam məni yuxudan qaldıraraq makiyaj edir və onların studiyasının olduğu yerə aparırdı. Anam mənə “az danışacaqsan” deyərək xəbərdarlıqedirdi. Anam “Adnan Oktar nə istəsə, onu edəcəksən” deyirdi”, - o bildirib.

Onun sözlərinə görə, Çengelköydə hovuzlu evdə ona hədiyyə alınan dövşanlar və quşlar var idi:

“Bu evdə Coşkun Pamir, Damla Pamir, Bülent Sezgin, Erdem Ertüzün, Uğur Şahin, Sibel Yılmaztürk, Gülşah Güçyetmez, Akın Gözükan, Gökalp Barla, Kartal Göktan ve Levent Denizcioğlu və bir çox adam var idi. Onlardan ən kiçiyi mən idim. Digər kişilərin mənə toxunması qadağan idi. Heyvanlarla oynayırdım. O, qulağıma “qulağıma nə istəyirsən söylə, səni istəyirəm” kimi sözlər deyirdi. Mehdi olub-olmadığını, onu istəyib-istəmədiyini söyləməyimi istəyirdi. Yaşım az olduğu üçün döşlərim kiçik idi. O, məndən dekolteli paltarlar geyinməyimi istəyirdi. Anamdan “Artıq Serranı mənə verdinmi” deyə soruşmuşdu. Anam da “verdim” söyləmişdi. Anam İsveçrəyə qayıdanda “Qızım Mehdi Adnan Oktar ilə evlənəcək” deyirdi”.

Qeyd edək ki, Adnan Oktar və təşkilatı barədə aparılan istintaqda təşkilatın Türkiyə üzrə 100 minə qədər üzvünün olduğunu müəyyən edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm