
Bu gün dənizdə batan 4 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Mərdəkan, Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşmiş 4 nəfər xilas olunub.