Hadisə
Boğulan yeniyetmələri xilas edən iki nəfər xəsarət alıb
Araz çayında boğulan uşaqları xilas edən iki nəfər xəsarət alıb.
Publika.az report.az-a istinadən bildirir ki, çayda çimən yeniyetmələrin suda boğulduqlarını görən rayon sakinləri - 1978-ci il təvəllüdlü Əhmədov Mehman Hacıağa oğlu və 1977-ci il təvəllüdlü Hüseynov Vəli Cəfər oğlu yeniyetmələri sudan çıxararaq xilas ediblər. Lakin sonda hər ikisinin gücü tükəndiyindən onların qarın nahiyələrinə su dolub. Nəticədə halları pisləşib. Hər iki şəxs təcili yardım maşını ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yardım göstərildiyindən bir neçə saat sonra M.Əhmədov və V.Hüseynov ambulator müalicəyə göndərilib.
İlkin məlumata görə, Arazda çimən yeniyetmələrin sayı çox olub.
Faktla bağlı araşdırma aparılır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!