Bakıda DƏHŞƏTLİ QƏZA: 1 nəfər faciəvi şəkildə öldü, yaralılar var - VİDEO
Bizi izləyin

Hadisə

Bakıda DƏHŞƏTLİ QƏZA: 1 nəfər faciəvi şəkildə öldü, yaralılar var - VİDEO

Masazır qəsəbəsində 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az-ın "Report"a istinadən verdiyi xəbərə görə, hadisə Novxanı qəsəbəsi istiqamətinə gedən yolda baş verib.

Belə ki, 10-NO-127 dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobili idarə edən 1966-ci il təvəllüdlü Vəliyev Mahir Şamxal oğlu əks istiqamətdə hərəkət edən nəqliyyat vasitələrinin yoluna çıxıb. Nəticədə "Opel" 1980-ci il təvəllüdlü Sailova Könül Bayram qızı idarə etdiyi 90-KU-773 "Hyundai Tucson" markalı avtomobillə toqquşub. Zərbənin gücündən "Hyundai" digər 90-RB-444 dövlət qeydiyyat nişanlı "Niva" markalı avtomobillə çırpılıb. "Hyundai" və "Niva"-nın hər ikisinin arxa təkəri sıradan çıxıb. Avtomobillər səkiyə çırpıldıqdan sonra dayanıb.

"Opel"-in sürücüsü M.Vəliyev ayaqları sınaraq o, avtomobildə sıxılmış vəziyyətdə qalıb. Əraziyə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. O, xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib. Lakin M.Vəliyevin hər iki ayağı kəsildiyindən qan itirmədən dünyasını dəyişib.

"Hyundai"-ın sürücüsü K. Sailova və sərnişin 1996-ci il təvəllüdlü Abbasov Elşən Rəfael oğlu ağır bədən xəsarətləri alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əraziyə Yol və Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Qəzaya ilkin səbəb kimi sürət həddinin aşılması göstərilir. Hər üç avtomobil deformasiyaya uğradığından avtomaşınlar cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Avtotexniki ekspertiza təyin edilib.

***

Gecə saatlarında paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Opel” və “Hyundai” markalı iki minik avtomobili toqquşub. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Opel” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm