Hadisə
Bakıda işıqların sönmə SƏBƏBİ BİLİNDİ - RƏSMİ
"Azərenerji" ASC iyulun 20-də axşam saatlarında Bakıda bəzi ərazilərdə elektrik enerjisi verilişində fasilə yaranmasına münasibət bildirib.
Qurumdan Publika.az-a verilən məlumatda bildirilir ki, həmin gün saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.
Nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb: "Eyni zamanda bildiririk ki, “Azərişıq” ASC-nin mətbuat xidməti tərəfindən Mərdəkan qəsəbəsində yerləşən “Şimal” elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir.
Qeyd etmək lazımdır ki, “Şimal” elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib".
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?