Hadisə
Rusiyada 30 yaşlı azərbaycanlı faciəvi şəkildə öldü
Rusiyanın Leninqrad vilayətində 30 yaşlı Azərbaycan vətəndaşı faciəvi şəkildə ölüb.
Bədbəxt hadisə iyulun 22-də Leninqrad vilayətinin Vsevolojsk rayonunda baş verib. Rayonun Aqalatovo kəndində 25 metrlik quyuya suvaq vuran azərbaycanlı gəncin halı qəflətən pisləşib. Huşunu itirən həmyerlimiz suya düşüb. Hadisə yerinə xilasedicilər gələnə kimi azərbaycanlı gənci bir nəfər xilas etməyə çalışıb. Lakin quyuya düşən həmin şəxs də huşunu itirib.
Hadisə yerinə gələn Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri azərbaycanlı gəncin cəsədini quyudan çıxarıblar. Məlum olub ki, həmyerlimizin ölümünə səbəb quyunun dərinliyində qaz kütləsinin toplanması olub (APA).
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...