Nabranda dünən itkin düşən 3 yaşlı UŞAQ BELƏ TAPILDI - Təsirli GÖRÜNTÜLƏR - VİDEO - (TƏFƏRRÜAT/YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Nabranda dünən itkin düşən 3 yaşlı UŞAQ BELƏ TAPILDI - Təsirli GÖRÜNTÜLƏR - VİDEO - (TƏFƏRRÜAT/YENİLƏNDİ)

Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü İsmayıl Novruzov istirahət mərkəzinin ərazisində tapılıb.

Bu barədə Publika.az-a Xaçmaz rayon Nabran inzibati ərazi dairəsi üzrə Nəzakət İskəndərova məlumat verib.

Onun sözlərinə görə, uşağın ilkin tibbi müayinəsi aparılıb və ailəsinə təhvil verilib:

“Ailəsi ilə birlikdə qaldığı istirahət mərkəzinin yaxınlığında çay var. Uşaq həmin çayın yaxınlığındakı kol-kosun içərisindən tapılıb. Uşaq itkin düşəndən nazirliklərlə yanaşı qonşu kəndlərin sakinləri də axtarış aparıb. Bu vaxta qədər həmin kolluqların arasına baxmaq heç kimin ağlına gəlməyib. Hər kəs uşağın meşə tərəfə gedə biləcəyini ehtimal edib, axtarışlar da o istiqamətdə aparılıb. Qonşu kənd sakinlərindən biri təsadüfən kolların arasına baxanda usağı tapıb. İsmayıl Novruzovun yıxılaraq kolluqların arasına düşdüyü ehtimal edilir”.

N.İskəndərova bildirib ki, uşaqla söhbət aparılıb, vəziyyəti yaxşıdır.

***

Xaçmaz rayonunda itkin düşmüş 3 yaşlı uşaq tapılıb.

Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib. Əlavə məlumat veriləcək.

***

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

***

İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, axtarış-xilasetmə əməliyyatına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər. Axtarış tədbirləri meşəlik ərazidə və suda aparılır.

Əlavə məlumat veriləcək.

Uşağın ailəsinə təhvil verildiyi anın videosu Azxeber.com-a göndərilib.

Həmin görüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm