Narkotik vasitələrin satışına görə 35 əncəbi saxlanıldı
Bizi izləyin

Hadisə

Narkotik vasitələrin satışına görə 35 əncəbi saxlanıldı

Bu ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmaya görə 1287 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Publika.az xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan məlumat verilib.

Bu il ərzində Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 384 ha 44 sot ərazidən 78 ton 883 kq 897 qr (158 min 034 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilib.

Cinayət məsuliyyətinə cəlb edilənlərin 4-ü 18 yaşadək, 89-u 18-25 yaşadək, 163-ü 26-29 yaşadək, 1031-i 30 yaşdan yuxarı, o cümlədən 16-sı fəhlə, 1070-i işləməyənlər, 3-ü qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 471-i əvvələr cinayət törətmişlər, 10-u əvvəllər xüsusi qeydiyyatda olublar. 1271-i kişi, 16-sı qadın, 35 nəfəri isə xarici ölkə vətəndaşları olub. Əcnəbilərdən 19-u İran İslam Respublikası, 6-sı Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-si Ukrayna, 1-i Türkiyə, 1-i ABŞ, 1-i isə İrlandiya Respublikasının vətəndaşı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm