Mikroavtobus avtomobillə toqquşdu: ölən var - FOTOLAR
Bizi izləyin

Hadisə

Mikroavtobus avtomobillə toqquşdu: ölən var - FOTOLAR

Bərdə rayonunda sərnişin daşıyan mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində bir nəfər ölüb.

Publika.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində baş verib.

"Mercedes" markalı mikroavtobusla "VAZ 2107" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili idarəetməni itirərək yol kənarında yerləşən elektrik dirəyinə deyib. Qəza zamanı "VAZ 2107"in sürücüsü hadisə yerində ölüb.

Hadisə zamanı yüksək gərginlikli elektrik xətti qırıldığindan bir neçə kəndə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm