• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Bakıda “zapravka”ya silahlı basqın edənlərin işi - Məhkəmədə

Bakıda “zapravka”ya silahlı basqın edənlərin işi - Məhkəmədə

Bakıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə təqsirli bilinən Həsən Mansurov və Bəxtiyar Camalovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Publika.az xəbər verir ki, hər iki şəxsin barəsində olan cinayət işi araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.

Cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 31-nə təyin edilib.

İttihama görə, bu ilin aprelin 16-da, gecə saat 03.00-da Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.

Məlumat polisə daxil olan kimi Bakı şəhər Baş Polis İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb.

“İsti izlər”lə hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar.

Onlardan birinin yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapança və maska aşkar edilərək götürülüb.

İstintaq orqanı tərəfindən Həsən Mansurov və Bəxtiyar Camalovun barəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR