19 yaşlı oğlan atasını və daha iki nəfəri bıçaqladı - Sumqayıtda
Bizi izləyin

Hadisə

19 yaşlı oğlan atasını və daha iki nəfəri bıçaqladı - Sumqayıtda

Sumqayıtda atasını və daha iki nəfəri bıçaqlayan 1999-cu il təvəllüdlü Coşqun Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Çoşqun Hüseynov 9 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, bu ilin fevralın 25-də şəhər sakinləri Emin Ömər və İbrahim Cəfərov bıçaqlanıb.

Sumqayıt şəhər Polis İdarəsi 2-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Coşqun Hüseynov saxlanılıb.

Araşdırmalarla həmin vaxt Coşqun Hüseynovun atası İslamın ayaq nahiyəsinə bıçaqla xəsarət yetirdiyi də müəyyən edilib.

İstintaq araşdırması zamanı məlum olub ki, Coşqun Hüseynov əvvəllər məhkum olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm