• USD 1,7000 0,00% EUR 1,8991 0,00%
    • GBP 2,2877 0,00% RUB 0,0271 0,00%

Əcnəbilər saxta sənədlərlə Azər­­­­­­bay­cana keçmək istədilər, amma... - FOTO

Əcnəbilər saxta sənədlərlə Azər­­­­­­bay­cana keçmək istədilər, amma... - FOTO

Son gün­lərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azər­­­­­­bay­canın döv­lət sərhədindən keçmək­, 2 nəfər Azərbaycan vətəndaşının isə ölkə ərazisinə qaçaqmal keçirmək cəhdinin qar­şısı alın­ıb.

Dövlət Sərhəd Xidmətindən (DSX) Publika.az-a verilən məlumata görə, iyulun 19-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçmaq istəyən 1982-ci il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İqbal Mudassarın təqdim etdiyi pas­port­da saxta­laş­dırma əlamətləri aşkarlanıb, laboratoriya şəraitində də­rin­­ləş­­dirilmiş yox­lama zamanı Yunanıstana məxsus daimi yaşa­yış vi­za­sının saxta olması təsdiqlənib.

İyulun 20-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Frankfurt reysi ilə uçmaq istəyən 3 İraq vətəndaşı - 1978-ci il təvəllüdlü Aldohuky Sherwan Bashir Yousif, 2002-ci il təvəllüdlü AIdohuky Sahand Sherwan Bashir, 2009-cu il təvəllüdlü Aldohuky Mohammed Sherwan Bashirin pasportlarına vurulmuş Almaniyaya məxsus Şengen vizalarının saxta olmasına şübhə yaranıb və dərin­­ləş­­dirilmiş yoxlama zamanı vizanın hə­qi­qə­tən də saxtalaşdı­rılması təsdiqini tapıb.

İyulun 21-də “Biləsuvar” dövlət sərhədindən buraxılış məntə­qəsində İran İslam Rüspublikasından gələn Azərbaycan vətəndaşı, Salyan rayon sakini 1966-cı il təvəl­lüd­lü Hü­sey­­nov Elçin Rzalı oğlunun əl yükünə baxış zamanı psixotrop dər­man olan 100 həb “Tamol”, 20 həb “Astrodol” aşkar edilib.

İyulun 22-də isə “Şıxlı” dövlət sərhədindən buraxılış məntə­qəsində Gürcüstandan gələn Azərbaycan vətəndaşı, Qazax rayon sakini 1994-cü il təvəllüdlü İsmayılov Sərxan Əlövsət oğ­lunun idarə etdiyi “Mersedes” markalı "35-BL-414" dövlət nömrə nişanlı minik avtomobilinə baxış zamanı avtomobilin yanacaq çə­nin­də gizlədilmiş şəkildə ümumi sayı 36402 ədəd olan 53 qutu “Superblitz” və 60 qutu “Petards” pirotexniki vasitə aşkar olunub.

Qeyd edilən faktlar üzrə müvafiq təd­bir­lər həyata keçirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR