Bakı metrosunda qatar adam vurdu
Bizi izləyin

Hadisə

Bakı metrosunda qatar adam vurdu

Bu gün günorta saatlarında Bakı metrosunda qatar sərnişini vurub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Publika.az-a açıqlamasında bildirib ki, hadisə nəticəsində sərnişin ciddi xəsarət almayıb.

“Bu gün saat 13:41 radələrində qatar“Neftçilər” merostansiyasında platformaya daxil olanda baş verib. Bu zaman sərnişin 1996-cı il təvəllüdlü Orxan Qurbanov qatara minmək üçün digər sərnişinlərin önünə keçməyə çalışıb. Bu zaman platformadakı hüquq xəttini keçib. Qatarın güzgüsü, ona toxunub. Sərnişin yerə yıxılıb və eynəyi alnını cızıb. Hadisədən sonra vətəndaş təcili yardım çağrılmasına ehtiyac olmadığını bildirib. Lakin qaydalara görə bizim əməkdaşlar təcili yardım çağırıb, sərnişinə ilkin tibbi yardım göstərilib”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm