DTX-nın tutduğu jurnalist azadlığa buraxıldı
Bizi izləyin

Hadisə

DTX-nın tutduğu jurnalist azadlığa buraxıldı

Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən "İrəvan Press” qəzetinin baş redaktoru Azər Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Azər Abbasov barəsində şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Azər Abbasov öz saytında və qəzetində barəsində rüsvayedici məlumlar yaymaqla hədələyərək müxtəlif vəzifəli şəxslərdən pul alıb.

Azər Abbasov Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində ötən ilin iyununda həbs olunub. Cinayət işi üzrə 25 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Azər Abbasov Cinayət Məcəlləsinin 182-ci (hədə qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm