Ağdaşda 19 yaşlı oğlan özünü güllələdi
Bizi izləyin

Hadisə

Ağdaşda 19 yaşlı oğlan özünü güllələdi

Ağdaş rayonunda müəmmalı intihar hadisəsi baş verib.

Publika.az APA-ya istinadən xəbərə görə, hadisə rayonun Cüvəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Əvəz Rafiq oğlu yaşadığı kənddə yerləşən gölün kənarına gedərək orada özünə ov tüfəngindən atəş açıb. Ağız və çənə nahiyəsindən güllə yarası alan Əvəz Babayev aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Onun hansı səbəbdən özünə qəsd etdiyi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm