Axtarışda olan 39, borclu olan 24 nəfər saxlanıldı – DİN
Bizi izləyin

Hadisə

Axtarışda olan 39, borclu olan 24 nəfər saxlanıldı – DİN

Daxili İşlər Nazirliyi ötən gün baş verən cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlayıb.

Publika.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm