• USD 1,7000 0,00% EUR 1,8853 +0,21%
    • GBP 2,2335 -0,09% RUB 0,0267 -0,37%

10 tondan çox narkotik məhv edildi - İki rayonda əməliyyat

10 tondan çox narkotik məhv edildi - İki rayonda əməliyyat

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, Şəki şəhər-rayon polis şöbəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının keçirdikləri birgə tədbirlər nəticəsində rayon sakininə məxsus torpaq sahəsində yabanı halda bitmiş ümumi çəkisi 9073 kiloqram olan 37032 ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək məhv edilib.

Bundan başqa, Qax rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayonun Qıpçaq-Kötüklü kəndi ərazisindəki torpaq sahəsində ümumi çəkisi 832 kiloqrama yaxın 2188 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək yandırılma yolu ilə məhv edilib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR