Sərxoş sürücülər məsuliyyətə cəlb edildilər – FOTOLAR
Bizi izləyin

Hadisə

Sərxoş sürücülər məsuliyyətə cəlb edildilər – FOTOLAR

Mingəçevir şəhər polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən növbəti dəfə yol hərəkəti qaydalarını pozan piyadalara və sürücülərə qarşı reyd keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə təşkil olunan reyd zamanı əvvəlcə müəyyən edilmiş yerlərin kənarından keçdiklərinə görə piyadalar polis əməkdaşları tərəfindən saxlanılıb, onlar barəsində müvafiq tədbirlər görülüb.

Eyni zamanda təhlükəsizlik kəmərindən istifadə etməyən, sərxoş vəziyyətdə avtomobil idarə edən, avtomobilin arxa baqaj hissəsinə qəsdən yük qoymaqla onu müxtəlif formalara salan , sərxoş vəziyyətdə sükan arxasında oturan və digər qayda pozan sürücülər haqqında protokol yazılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm