Astara sakini elə yerdə "narkotika bağı" saldı ki... - Şeytanın AĞLINA GƏLMƏZ
Bizi izləyin

Hadisə

Astara sakini elə yerdə "narkotika bağı" saldı ki... - Şeytanın AĞLINA GƏLMƏZ

Astarada pay torpağında "narkotika bağı" salınması aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə polis əməkdaşları tərəfindən Astara rayonunun Ərçivan qəsəbəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Belə ki, qəsəbə sakini Elnur Məmmədova məxsus pay torpağında böyürtkən kollarının arasında xüsusi hazırlanmış sahədə kultivasiya yolu ilə becərilmiş, yaş halda ümumi çəkisi 23 kiloqrama yaxın hündürlüyü 90-130 sm olan 27 ədəd çətənə bitkiləri aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-da araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm