Gömrükdə pirotexniki vasitələr aşkarlandı
Bizi izləyin

Hadisə

Gömrükdə pirotexniki vasitələr aşkarlandı

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-11113-OKA" markalı avtomobilə baxış keçirilib.

Publika.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol "qanadlarında", gömrük nəzarətindən gizlədilmiş halda 1332 ədəd"Silver Cracker" markalı pirotexniki vasitə aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm