Bakıda 77 yaşlı kişini vurub öldürən avtobus sürücüsü HƏBS EDİLDİ
Bizi izləyin

Hadisə

Bakıda 77 yaşlı kişini vurub öldürən avtobus sürücüsü HƏBS EDİLDİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ə. Cəfərov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə iclas zalında həbs olunub.

Qeyd edək ki, yol qəzası ötən il Sabunçu rayonu ərazisində baş verib. Şəhər şosesində "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı, 148 saylı marşrut avtobusunun sürücüsü Ə.Cəfərov yolu keçən 1940-cı il təvəllüdlü Yadigarov Şıxməmməd Xəlil oğlunu vurub. Avtobusun vurduğu piyada hadisə yerində ölüb.

Ş. Yadigarov süpürgəçi kimi fəaliyyət göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm