Mişarla ev sahibini hədələyib pullarını oğurladı
Bizi izləyin

Hadisə

Mişarla ev sahibini hədələyib pullarını oğurladı

Astarada ev sahibini bıçaq və mişarla hədələyərək pullarını oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə Astara rayonunun Şahağacı kənd sakini olan bir qadın "102 xidməti-zəng mərkəzi"nə müraciət edərək iyulun 27-də gecə saatlarında üzünə maska geyinmiş naməlum şəxsin onun yaşadığı evə pəncərədən daxil olaraq əlindəki bıçaq və mişarla hədələyib 5000 rus rublu və 2000 manat pulunu ələ keçirdiyini bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının "isti izlərlə" keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Aparılan araşdırmalarla həmin şəxsin Astara rayonunun Şahağacı kənd sakini Rövşən Abdullayev olduğu müəyyən edilib və saxlanıldıqdan sonra cinayət hadisəsi zamanı istifadə etdiyi əlcək, maska və quldurluq yolu ilə əldə etdiyi 5000 rus rublu maddi sübut kimi götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm