Bakının mərkəzində gənc oğlan sərxoş vəziyyətdə öldü - - FOTO
Bizi izləyin

Hadisə

Bakının mərkəzində gənc oğlan sərxoş vəziyyətdə öldü - - FOTO

Nəsimi rayonunda Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin gecikməsinə görə bir nəfər ölüb.

Publika.az "Report"a istinadən xəbər verir ki, hadisə 28 May ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.

Belə ki, hadisə şahidlərinin "Report"un əməkdaşına verdiyi məlumata görə, təxminən 25-30 yaşlı oğlan sərxoş vəziyyətdə yolun kənarında halı qəfil pisləşib. Bunu görən Bakı sakini Aynur Məmmədova Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) müraciət edib. Təcili yardım briqadası gələnə qədər adı hələlik bilinməyən şəxs dünyasını dəyişib. A.Məmmədova bildirib ki, təcili yardım məlumat verilən müddətdən təxminən 1 saat müddətində gəlib.

Təcili Tibbi Yardım Xidmətinin həkimi isə "Report"un əməkdaşının suallarını cavablandırmaqdan boyun qaçırıb.

Baş vermiş ölüm hadisəsi ilə bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün morqa təhvil verilib. Hazırda hadisənin dəqiq səbəbləri və ölən şəxsin kimliyi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm