Xaçmazda ağır qəza – 2 ölü, 3 yaralı
Bizi izləyin

Hadisə

Xaçmazda ağır qəza – 2 ölü, 3 yaralı

Xaçmaz rayonu Muxtadır qəsəbəsi ərazisində 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Ölən şəxslər Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1980-ci il təvəllüdlü Sərkərov Simran Rasim oğlu və 1988-ci il təvəllüdlü Balayev Vadim Nurbaba oğludur.

Yaralılar isə Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Əlirzayev Müşfiq Nizami oğlu, Qusar rayon Kuzunqışlaq kənd sakinləri 1987-ci il təvəllüdlü Mustafayev Qorxmaz Şövkət oğlu və Babayev Nəcəf Akif oğludur.

Xəsarət alanlar Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və hər üçünə qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu qoyulub, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində cinayət işi başlanıb (Report).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm