Meşədə narkotik əkib-becərən saxlanıldı
Bizi izləyin

Hadisə

Meşədə narkotik əkib-becərən saxlanıldı

Meşə sahəsində qanunsuz yolla narkotik yetişdirən Qax sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Publika.az-a verilən məlumata görə polis əməkdaşları tərəfindən Qax rayonunun Almalı kəndində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib becərən şəxs saxlanılıb. Belə ki, kənd sakini, əvvəllər məhkum olunmuş Bəşarət Daşdəmirov Almalı kəndi ərazisindəki meşə sahəsində aqrotexniki qaydada qulluq edib yetişdirdiyi ümumi çəkisi 39 kiloqrama yaxın, hündürlüyü 114-178 sm olan olan 145 ədəd narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm