Ağcabədidə oğuldan ata və anasına qarşı DƏHŞƏTLİ ƏMƏL: maşınla ÜSTLƏRİNDƏN KEÇDİ
Bizi izləyin

Hadisə

Ağcabədidə oğuldan ata və anasına qarşı DƏHŞƏTLİ ƏMƏL: maşınla ÜSTLƏRİNDƏN KEÇDİ

Ağcabədi rayon sakini Mirzəxan Baxşəliyev avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə iyulun 27-də baş verib.

Rayon sakini Mirzəxan Baxşəliyev yaşadığı Qaradolaq kəndi ərazisindəki “Ağgöl” adlanan fermanın həyətində idarə etdiyi “Niva” markalı avtomobillə qəsdən atası Musa Baxşəliyevi və ögey anası Dilarə Baxşəliyevanı vurub könüllü olaraq polisə gəlib. Musa hadisə yerində ölüb, xəstəxanaya yerləşdirilmiş Dilarənin vəziyyəti orta-ağırdır.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm