Ağstafada SİLAHLI HÜCUM
Bizi izləyin

Hadisə

Ağstafada SİLAHLI HÜCUM

Ağstafa rayonunun Qıraq Kəsəmən kənd sakini Abil Əliyev ferma sahibinə silahla hücum edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə iyulun 27-də Ağstafa rayonunun Saloğlu qəsəbəsi ərazisində baş verib. Ərazidə yerləşən fermaya gəlmiş Qıraq Kəsəmən kənd sakini Abil Əliyev münaqişə zəminində fermanın sahibi Cəmil Əliyevi tapança ilə öldürəcəyi ilə hədələyib. C.Əliyev onun əlindən tapançanı almağa cəhd göstərərkən 1 dəfə atəş açılıb, xəsarət alan olmayıb

Görülmüş tədbirlərlə A.Əliyev saxlanılıb, hadisəni törədərkən istifadə etdiyi tapança və içərisində 3 ədəd patron olan patron darağı, habelə 1 ədəd giliz götürülüb. Onun sərxoş halda olması müəyyən edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm