Masazırda dava: 3 yaralı, 2 həbs – Təfərrüat
Bizi izləyin

Hadisə

Masazırda dava: 3 yaralı, 2 həbs – Təfərrüat

Abşeron rayonunda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan Fərhad Şikarov və İlqar Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, ötən il dekabrın 2-də Abşeron rayonu Masazır qəsəbəsində bıçaqlanma ilə nəticələnən kütləvi dava baş verib.

Qəsəbə ərazisində iki qrup arasında baş verən kütləvi dava zamanı Zabrat qəsəbə sakinləri - Yusif Xanquliyev, Rauf Bəkirov və Məmmədəli Babazadə bıçaqlanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlara vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı onlara bıçaq xəsarəti yetirən şəxslərin Yardımlı rayon sakinləri - İlqar Dadaşov Qobustan rayon sakini Fərhad Şikarov olmaları müəyyən edilib. Onlar həbs edilib.

Məlumata görə, onların arasında dava pul borcu üstündə yaranıb.

İstintaq orqanı tərəfindən hər iki şəxsin barəsində Cinayət Məcəlləsinin 126.2.1-ci (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxslər özlərini təqsirli biliblər. Onlar törətdikləri cinayəti etiraf ediblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm