Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik - - FOTO
Bizi izləyin

Hadisə

Ermənilərdən Allahverdi Bağırovun büstünə qarşı vəhşilik - - FOTO

Bir müddət əvvəl Azərbaycan Milli qəhrəmanı Allahverdi Bağırovun bərpa edilən qəbirdaşı ermənilər tərəfindən yenidən dağıdılıb.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu ermənişünas İsmayıl Tanrıverdi Feysbuk səhifəsində yazıb.

O bildirib ki, Erməni hərbi operator Arşak Zakaryan 2 gün öncə bunu araşdırdıqda şoka düşüb və ictimaiyyətə bu barədə məlumat verib.

Daha sonra Xankəndindən gələn bir qrup erməni qəbir daşını şəhərin mərkəzinə aparıblar və param-parça ediblər.

Tanrıverdi ermənilərin daha sonra qəbri bərpa etdirən Razmikin axtarışlarına çıxdığını qeyd edib:

“Razmik də açıq-aşkar xalqa müraciət edərək bildirib ki, Düzdür, o abidəni mən dostlarımla birlikdə düzəltmişik. Biz Allahverdi ilə gənclik dostu olmuşuq. Hətta birlikdə futbol komandasında oynamışıq. Lakin müharibə başlayarkən biz məcburən bir-birimizə qarşı barrikadalarda dayanmalı olduq. (Eyni ilə C. Cabbarlının "1905-ci ildə" əsərindəki kimi...) Sonra yenə də görüşüb əsirlərin dəyişdirilməsində və s. iştirak edirdik.

Dostlar, qəbir daşının üzərinə yazılmışdı: (Kiril hərfi ilə)

АЛАВЕРДИ

ТЕЙМУР ОГЛЫ

БАГИРОВ

1946 - 1992

произв. гожа Гартал

он был настоящим другом

от Размика Петросяна

и ДРУЗЕЙ”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm