İmişlidə minik avtomobili aşdı - Ölən və yaralananlar var
Bizi izləyin

Hadisə

İmişlidə minik avtomobili aşdı - Ölən və yaralananlar var

İmişlidə baş verən yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb

Publika.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Otuziki kəndində qeydə alınıb.

Otuziki kənd sakini, 1995-ci il təvəllüdlü Əzizov Mirxalid Mirqiyas oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobilin qarşısına motosiklet çıxması nəticəsində avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan imişli rayon Soltanmuradlı kənd sakinləri, 1968-c il təvəllüdlü Əzizli Könül Maqsud qızı, Otuziki kənd sakinləri, 1968-ci il təvəllüdlü Güləliyeva Gültəkin Hacağa qızı, 1972-ci il təvəllüdlü Əzizova Validə Qoçəli qızı ağır xəsarətlər alaraq İmişli rayon xəstəxanasına yerləşdirliblər. Qəza zamanı sərnişinlərdən biri - Əzizov Qiyas Mirbaba oğlu hadisə yerində ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm