• USD 1,7000 0,00% EUR 1,8813 +0,09%
    • GBP 2,2355 +0,04% RUB 0,0268 +0,37%

Qusarda taxıl sahələrindəki yanğınlar söndürüldü

Qusarda taxıl sahələrindəki yanğınlar söndürüldü

Qusar rayonunun İmamqulukənd və Gicanoba kəndlərində biçilmiş taxıl sahələrində yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, Gicanoba kəndində 75 hektar biçilmiş taxıl sahəsi və 5 hektar sahədə kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Rayonun İmamqulukənd kəndində isə 25 hektar biçilmiş taxıl sahəsi, 5 hektar sahədə kol-kos və 8 ədəd elektrik dirəyi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR