Bakıda 86 yaşlı qadın yandı
Bizi izləyin

Hadisə

Bakıda 86 yaşlı qadın yandı

Bakıda yaşlı qadın ehtiyatsızlıqdan yanaraq ölüb.

Publika.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sabir küçəsi, döngə 3, ev 14-də baş verib.

Həmin evdə yaşayan 1932-ci il təvəllüdlü Səfərzadə Ziba Əlağa qızı evdə olarkən naməlum şəraitdə üzərindəki paltarları alışıb.

Ağır dərəcəli yanıq xəsarətləri alan qadın Respublika Yanıq Mərkəzinə çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən mərkəzdə dünyasını dəyişib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm