Metroda cibgirlik
Bizi izləyin

Hadisə

Metroda cibgirlik

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, “Bakı Metropoliteni”də Polis Şöbəsinə müraciət edən Qazax rayon sakini S.Şıxıyevaya “Gənclik” stansiyasında qatarda çantasından mobil telefonunun oğurlandığını bildirib.

Məlumatla əlaqədar dərhal polis əməkdaşları əməliyyat-axtarış tədbirlərinə başlayıb və qısa müddətdə oğurluq etməkdə şübhəli bilinən 3 nəfər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların Balakən rayon sakini Rəşad Qurbanov və əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini Zaur Ələkbərov və Sumqayıt şəhər sakini Təvəkkül Cavadov olduqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm